Ağdam-Xankəndi dəmir yolu üzrə layihələndirmə işi tamamlandı
ADY-dən GunAz.az-a verilən məlumata görə, yeni dəmir yolu layihəsi çərçivəsində Əsgəran və Xocalı stansiyalarının, həmçinin Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası nəzərdə tutulur. Müasir standartlara uyğun tikiləcək kompleks Qarqarçayın sahilində, 6.4 hektar sahədə yerləşəcək.
Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağı inşa ediləcək. Bu infrastruktur layihəsi regionda sərnişindaşımada mobilliyi artırmaqla yanaşı, Qarabağın digər əraziləri ilə əlaqələri daha da gücləndirəcək.
