SON DƏQİQƏ

Çin İrana raket kompleksləri göndərdi

Tarix:

Dünən, 18:54

/ 2 349 dəfə oxundu.
Çin İrana raket kompleksləri göndərdi

Çin 12 günlük İran-İsrail müharibəsi başa çatandan sonra Tehrana HQ-9B zenit-raket kompleksləri göndərib.
GunAz.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.
Bildirilir ki, İran bu silahların ödənişini neftlə kompensasiya edib.
Qeyd edək ki, HQ-9B Çinin uzaqmənzilli hava hücumundan müdafiə sistemidir. Kompleks təyyarələrə, raketlərə və helikopterlərə qarşı nəzərdə tutulub. Bundan əlavə, o, ballistik raketləri vurmağa qadir olan ilk Çin istehsalı zenit-raket sistemidir. HQ-9B Rusiya istehsalı olan S-300 bazasında hazırlanıb.
скачать dle 12.1

Şərhlər