SON DƏQİQƏ

Azərbaycanda dəm qazı 2 can aldı

Tarix:

19-02-2018, 13:05

/ 1 059 dəfə oxundu.
Azərbaycanda dəm qazı 2 can aldı

Bədbəxt hadisə bu gün səhər saatlarında Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Gunaz.az -a Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, adıçəkilən ünvanda yaşayan, 56 yaşlı Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 51 yaşlı Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər.
Onların meyiti səhər saatlarında aşkar edilib. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ