SON DƏQİQƏ
» » Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır

Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır

Tarix:

Dünən, 15:47

/ 2 363 dəfə oxundu.
Avropanın ən böyük limanı Rusiya ilə müharibəyə hazırlaşır

Avropanın ən böyük limanı - Rotterdam Rusiya ilə mümkün münaqişəyə hazırlaşır: liman rəhbərliyi hərbi yük daşıyan gəmilər üçün yer ayıracaq və müharibə baş verəcəyi təqdirdə kommersiya nəqliyyatının marşrutunu dəyişmək planı tətbiq edəcək.
GunAz.az xəbər verir ki, bunu “Faynənşl Tayms”a müsahibəsində Rotterdam Limanı İdarəsinin icraçı direktoru Boudeveyn Simons deyib.
“Rotterdam öz fəaliyyətini qonşu Antverpen limanı ilə sıx əlaqələndirir. Hər terminal hərbi yüklərin daşınması üçün uyğun deyil. Böyük həcmlərin idarə edilməsinə ehtiyac varsa, Antverpen və digər limanlar yükün bir hissəsini öz üzərinə götürə biləcək. Biz bir-birimizi getdikcə daha az rəqib görürük: lazım olan yerdə rəqabət aparırıq, amma bacardığımız yerdə əməkdaşlıq edirik”, - o bildirib.
Simonsun sözlərinə görə, bu cür gəmilər ildə dörd-beş dəfə yanalma körpülərində bir neçə həftə dayanacaq:
“Sursatın bir gəmidən digərinə təhlükəsiz ötürülə biləcəyi limanın yeganə sahəsi konteyner terminalıdır”.
скачать dle 12.1

Şərhlər