SON DƏQİQƏ
» » Bakı Limanı vasitəsilə neçə ton yük aşırılıb?

Bakı Limanı vasitəsilə neçə ton yük aşırılıb?

Tarix:

2-05-2025, 19:44

/ 2 528 dəfə oxundu.
Bakı Limanı vasitəsilə neçə ton yük aşırılıb?

2025-ci ilin birinci rübü ərzində Bakı Limanı vasitəsilə 1,9 milyon tondan çox yük aşırılıb.
GunAz.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artım nümayiş etdirir.
Limanın konteyner daşımaları da əhəmiyyətli bir artım göstərib.
Bu ilin birinci rübündə 30 034 TEU konteyner aşırılıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisinə (13 280 TEU) nisbətən 126% artım deməkdir. Bu rəqəm, 16 754 TEU daha çox yük daşınması deməkdir.
Həmin dövrdə Bakı Limanında aşırılmış digər yüklər aşağıdakılardır:
- 30 034 TEU konteyner
- 13 711 ədəd təkərli texnika
- 7 765 ədəd vaqon
- 366 min ton quru yük
- 377 min ton neft və neft məhsulları
Bu artım Bakı Limanının regionda mühüm ticarət və logistika mərkəzi kimi rolunun gücləndiyini və yüklərin daha effektiv şəkildə daşındığını göstərir.
скачать dle 12.1

Şərhlər