Yayılan bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik orqanları İsrailin İrana hərbi hava hücumları zamanı İranın bəzi qonşu ölkələrlə hərbi əməkdaşlıq etdiyinə dair hər hansı bir əlaməti təsdiqləməyiblər.
GunAz.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian 7 iyulda İranın şimalında yerləşən Gilan vilayətində vilayət şurasının iclasında deyib.
Onun sözlərinə görə, hətta bəzi qonşu ölkələr zəruri məhsulların İrana göndərilməsi üçün hazır olduqlarını elan ediblər.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirilməsi ilə bağlı iddia səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu əsassız və təxribat xarakterli iddiaları qətiyyətlə rədd edib. Nazirlik bildirib ki, bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir. Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.