SON DƏQİQƏ
» » Kişinin çayına yuxu dərmanı töküb, qarət etdilər - Bakıda (VİDEO)

Kişinin çayına yuxu dərmanı töküb, qarət etdilər - Bakıda (VİDEO)

Tarix:

13-05-2017, 14:11

/ 6 954 dəfə oxundu.
Kişinin çayına yuxu dərmanı töküb, qarət etdilər - Bakıda (VİDEO)

Azərbaycanlı qadınlar "WhatsApp”da tanış olduqları Türkiyə vətəndaşını qarət ediblər. 
 ARB TV-yə istinadən verilən məlumata görə, bu barədə zərərçəkmiş Yıldız Sürəyya Ziyan Nərimanov rayon 18-ci polis idarəsinə şikayət edib. 
O, polisə ifadəsində evindən 500 ABŞ dolları, 150 AZN və 2 mobil telefonunun oğurlandığını bildirib. Həyata keçirilmiş əməliyyat axtarışları nəticəsinə cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıb. 
Saxlanılan şəxslər hadisə günü Türkiyə vətəndaşının mənzilində əvvəlcə spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva Yıldız Sürəyyanın içkisinə yuxu dərmanı qatıb. Ev sahibi yuxuya getdikdən sonra isə evi soyublar.
Məftunə Mehdiyeva ifadəsində Türkiyə vətəndaşı ilə "WhatsApp”da tanış olduğunu bildirib.

 

GUNAZ.az 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ