SON DƏQİQƏ
» » DƏHŞƏTLİ DƏLƏDUZLUQ - Falçı vətəndaşı necə şantaj etdi?

DƏHŞƏTLİ DƏLƏDUZLUQ - Falçı vətəndaşı necə şantaj etdi?

Tarix:

1-02-2017, 21:04

/ 4 141 dəfə oxundu.
DƏHŞƏTLİ DƏLƏDUZLUQ - Falçı vətəndaşı necə şantaj etdi?

Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məlahət Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  
Məlahət Rəhimova əvvəldən tanıdığı Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Sevda Mehdiyevanı (ad və soyad şərti verilib) etibarından sui-istifadə etməklə aldadıb.  
"Fal”a baxmaqla qıza necə ər tapacaqdı? 
Məlahət Rəhimova "fal” açmaqla Sevda Mehdiyevanın qızı Nərminin ərə getməsinə köməklik edəcəyini vəd edib. O, 2014-cü ilin dekabr ayından 2015-ci ilin iyun ayınadək olan müddətdə Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə kirayədə yaşadığı evdə Sevda Mehdiyevadan ayrı-ayrı vaxtlarda 1960 manat  pul alıb. 
Amma Sevdanın qızı Nərminin bəxtini aça bilməyib.  Qızının ərə getmədiyini görən ana falçıdan pulunu geri istəyib. Belə olan halda Məlahət Rəhimova Sevda Mehdiyevaya hədə-qorxu gəlib. Ona mesaj yazaraq özü və yaxın qohumları haqda rüsvayedici məlumatlar yayacağını deyib.  
Bu adla o, 15 iyun 2015-ci ildə Sevda Mehdiyevadan 700 manat pul alıb.  
İntim video və fotolar  
Planını uğurlu keçdiyini görən Məlahət Rəhimova növbəti dəfə yenə də Sevda Mehdiyevaya hədə-qorxu gəlib, telefonuna mesajlar göndərib. Bildirib ki, onda  Nərminin intim video və şəkilləri var, onları sosial şəbəkədə yayacaq. Sevda Mehdiyeva buna görə falçıya 1000 manat verib. Eyni şantajla falçı Nərminin anasından əlavə 1000 manat tələb edib.  İyulun 1-də Sevda Mehdiyeva  "Nizami” metrostansiyasının qarşısında özünü tanınmaz hala salan  Məlahət Rəhimovaya 1000 manat verib.  
Növbəti mesajında falçı  Sevda Mehdiyevanın özünün də əxlaqsızlıq etdiyini və bu barədə onda "faktlar" olduğunu deyib. "Faktlar"ı ört-basdır etmək üçün 300 manat pul və 1500 manat dəyərində 2 ədəd qızıl boyunbağı tələb edib.  Sevda Mehdiyeva  özünə və qızına məxsus olan boyunbağıları "Memar Əcəmi” metrostansiyasının qarşısında Məlahət Rəhimovaya verib.  
Mesajlardan və şantajlardan bezən Mehdiyeva sonda polisə üz tutub. Məlahət Rəhimova həbs edilib.  
8 il cəza 
Məlahət Rəhimova Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham edilib.  
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məlahət Rəhimova 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ