
BMT Təhlükəsizlik Şurası iyunun 8-də Ukraynadakı vəziyyətə həsr olunmuş iclas keçirəcək.
GunAz.az xəbər verir ki, bu barədə dünya təşkilatının tədbirlər cədvəlində məlumat yer alıb.
“Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda keçiriləcək toplantı BMT Təhlükəsizlik Şurasının 10166-cı iclası olacaq.































