SON DƏQİQƏ

Ələtdə döyüş sursatı TAPILDI

Tarix:

12-05-2017, 19:41

/ 2 662 dəfə oxundu.
Ələtdə döyüş sursatı TAPILDI

Ələtdə döyüş sursatı aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Qaradağ rayonu, Ələt qəsəbəsində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən döyüş tətbiqinə yararlı 5 ədəd F-1 markalı əl qumbarası və 4 ədəd əl qumbarasının (UZRQM) partladıcısı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ