SON DƏQİQƏ

Bakıda döyüş sursatları aşkarlandı

Tarix:

6-05-2017, 19:43

/ 2 835 dəfə oxundu.
Bakıda döyüş sursatları aşkarlandı

Paytaxtda döyüş tətbiqinə yararlı olan hərbi sursat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib, məlum olub ki, bunlar, döyüş tətbiqinə yararlı olan, 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur.
Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 13:59-da başa çatıb.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər