SON DƏQİQƏ

Yaponiyada 7,2 bal gücündə zəlzələ

Tarix:

9-12-2025, 08:54

/ 3 148 dəfə oxundu.
Yaponiyada 7,2 bal gücündə zəlzələ

Yaponiyada baş verən zəlzələdə 23 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.
***
21:57
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib güclü zəlzələ nəticəsində 7 nəfər xəsarət alıb.
"Biz dəymiş ziyanla bağlı məlumatları dəqiqləşdirməyə çalışırıq", - Yaponiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Yaponiya Meteorologiya Agentliyi təxminən üç metr hündürlüyündə sunaminin ölkənin şərq və şimal-şərq sahillərinə doğru irəlilədiyini bildirib. Hokkaydo, Aomori və İvate prefekturalarında sahilyanı ərazilərin sakinləri təcili olaraq təhlükəsiz ərazilərə təxliyə olunmağa çağırılıb.
***
18:26
Yaponiyanın şimalında 7,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsinin məlumat yayıb.
Sunami xəbərdarlığı edilib.
скачать dle 12.1

Şərhlər