Yaponiyanın İşikava prefekturasında rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri İşikava sahillərindəki Noto yarımadasında yerin 10 kilometr dərinliyində müşahidə edilib. NHK dövlət televiziyasının məlumatına görə, zəlzələ Yaponiya dənizi sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub. Sunami barədə xəbərdarlıq edilməyib.