SON DƏQİQƏ

Yaponiyada iki güclü zəlzələ oldu

Tarix:

17-04-2024, 19:57

/ 3 346 dəfə oxundu.
Yaponiyada iki güclü zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib.
6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.
Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.скачать dle 12.1

Şərhlər