SON DƏQİQƏ

Braziliyada təbii fəlakət 33 can aldı

Tarix:

30-05-2022, 09:35

/ 1 225 dəfə oxundu.
Braziliyada təbii fəlakət 33 can aldı

Braziliyanın şərqindəki Pernambuko əyalətində ötən bazar günündən bəri davam edən güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib.

Əyalət Mülki Müdafiə rəsmiləri Resife şəhərində torpaq sürüşməsi nəticəsində 20 vətəndaşın həyatını itirdiyini açıqlasa da, qubernatorluq təbii fəlakətdə ümumi itkilərin 33-ə yüksəldiyini bildirib.

 

Daşqınlara səbəb olan yağışlar nəticəsində ştatda ən azı min nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı, 14 məktəbdən isə sığınacaq kimi istifadə edildiyi bildirilib.

Xilasetmə işlərində 3000-dən çox bələdiyyə işçisi iştirak edir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər