SON DƏQİQƏ
» » Xarici pasportlardan tapılan cip təşviş yaratdı

Xarici pasportlardan tapılan cip təşviş yaratdı

Tarix:

24-05-2022, 08:15

/ 1 260 dəfə oxundu.
Xarici pasportlardan tapılan cip təşviş yaratdı

Qazaxıstanda insanların xarici pasportlarında tapdıqları çiplər müzakirəyə səbəb olub.

Sosial şəbəkələrdə yayılan videolardan sonra insanlar xarici pasportlarını cıraraq onun içərisində çip axtarmağa başlayıblar.

 

Onlar inanırlar ki, dövlət öz hüdudlarından kənarda olan vətəndaşlarını bu çiplər vasitəsilə izləyir.

Ölkənin Daxili İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək insanları sakitləşdirib:

"Qazaxıstanda 2009-cu ildən elektron pasportlar, eləcə də mikrosxemli şəxsiyyət vəsiqələri verilir. Elektron sənədlər ICAO beynəlxalq standartının bütün tələblərinə cavab verir. Çip vətəndaş haqqında şəxsi məlumatların saxlanması üçün nəzərdə tutulub və avtomatik olaraq elektron sənədləri əldə etməyə və şəxsiyyəti müəyyənlədirməyə imkan verir”.

скачать dle 12.1

Şərhlər