SON DƏQİQƏ

Zelenskidən SƏRT ÇIXIŞ

Tarix:

4-04-2022, 08:01

/ 1 687 dəfə oxundu.
Zelenskidən SƏRT ÇIXIŞ

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşün əsas şərtini açıqlayıb.

Ukrayna lideri qeyd edib ki, bunun üçün ilk növbədə tam atəşkəsə nail olmaq lazımdır.

 

"Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma bir prezident kimi mən bunu etməliyəm", - Zelenski deyib.

 

Ukrayna Prezidentinin sözlərinə görə, bu gün yüz minlərlə insanın ölümünün qarşısını almaq üçün müaribəni dayandırmaqdan məqsədi ilə dialoqa başlamaqdan başqa yol yoxdur:

"Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya belə gələ bilmirəm. Ona görə də, əvvəlcə atəş dayandırılmalıdır. Bundan sonra görüş keçirə bilərik”.

скачать dle 12.1

Şərhlər