SON DƏQİQƏ

Putin və Zelenski görüşəcək- ANONS

Tarix:

30-03-2022, 20:05

/ 1 640 dəfə oxundu.
Putin və Zelenski görüşəcək- ANONS

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda görüşə bilərlər”.

Bunu Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak onlayn brifinq zamanı deyib.

 

"Prezidentlərin görüşünə hazırlaşın. Bunun nə vaxt baş verəcəyi artıq daha çox logistik məsələdir. Çünki ruslar bizim təkliflərimizə baxmalı, onlara hansısa ilkin cavab verməlidir”, – Podolyak bildirib.

Onun sözlərinə görə, danışıqlar üzrə iş gedir. İşçi alt qruplar müəyyən mövqeləri izah etmək və ya aydınlaşdırmaq üçün onlayn əlaqə saxlayır.

скачать dle 12.1

Şərhlər