SON DƏQİQƏ

Qərbin növbəti sanksiya hədəfi İrəvandır?

Tarix:

29-03-2022, 11:30

/ 2 359 dəfə oxundu.
Qərbin növbəti sanksiya hədəfi İrəvandır?

Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsi xəbəri rəsmi təsdiqini tapsa, kollektiv Qərb Ermənistanı da sanksiyalar siyahısına daxil edə bilər.

Bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

"Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verən ölkələr sanksiyaların hədəfindədir. Buna misal olaraq Belarusu göstərmək olar. Yada salaq ki, Suriyadan muzdluların Rusiya tərəfdə döyüşməsi üçün Ukraynaya aparılmasında da Ermənistanın vasitəçilik etməsi barədə ciddi məlumatlar mövcuddur. Hesab edirəm ki, bu məlumatlar Qərbin xüsusi qurumlarına çatdırılarsa, əhəmiyyətli nəticələri olacaq. Ermənistanı buna görə ən sərt sanksiyalar gözləyir, hətta SWİFT-dən də çıxarıla bilər”, - professor qeyd edib.axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ