SON DƏQİQƏ
» » ABŞ-ın yeni sanksiyaları Putinin çevrəsinə təsir edəcək - KİV

ABŞ-ın yeni sanksiyaları Putinin çevrəsinə təsir edəcək - KİV

Tarix:

6-12-2021, 22:43

/ 1 367 dəfə oxundu.
ABŞ-ın yeni sanksiyaları Putinin çevrəsinə təsir edəcək - KİV

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları "Putinin ətrafına” və enerji şirkətlərinə təsir edə bilər.

GunAz.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, yeni sanksiyalar həmçinin Rusiya Federasiyasının SWIFT-dən ayrılmasını əhatə edə bilər.

 

Məlumata görə, rəsmilər hazırda "Rusiyanı Ukraynaya hücumdan çəkindirmək üçün nəzərdə tutulmuş geniş spektrli sanksiyaları” nəzərdən keçirirlər.  Görülən tədbirlər Rusiyanın suveren borcuna da təsir edə bilər. Əgər Rusiya Ukraynaya hücum edərsə, ABŞ və Avropa ona indiyə qədər tətbiq edilən ən pis iqtisadi sanksiyaları tətbiq edəcəklər.

Məlumata görə, yeni sanksiyaların nə vaxt tətbiq ediləcəyi ilə bağlı hələ qərar yoxdur. Qafqazinfo.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ