
"Blumberq” şirkəti Rusiya və Belarusda fəaliyyətini dayandırıb.
Bu barədə şirkətin məlumatında deyilir.
Qərarın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar olduğu deyilir.
Bildirilib ki, hər iki ölkənin istifadəçiləri bundan sonra agentliyin xəbər terminalına, elektron ticarət platformalarına və digər məlumatlara daxil ola bilməyəcəklər.
Qeyd edək ki, "Blumberq" qərargahı Nyu-Yorkda yerləşən özəl maliyyə, proqram təminatı, məlumat və media şirkətidir.