
Rusiya Liviyadan yaraqlıları Ukraynadakı müharibəyə göndərməyə hazırlaşır.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk səhifəsində məlumat yayılıb.
"Mövcud məlumatlara görə, Liviya milli ordusunun başçısı Xəlifə Haftarın Moskvaya səfəri zamanı liviyalı "könüllülərin” Ukraynaya göndərilməsi ilə bağlı razılıq əldə olunub. Hərbi muzdluların köçürülməsi, ehtimal ki, "Liqa” özəl hərbi şirkətinin (keçmiş "Vaqner”) hesabına Rusiyanın aerokosmik qüvvələrinin təyyarələri ilə həyata keçiriləcək”, - məlumatda deyilir.