
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından Ukraynanın qəbulu məsələsində gecikməməyi xahiş edib.
"İndi biz Ukraynanın Avropa İttifaqına üzvlüyünə hazırlaşırıq. Nəhayət. Burada sizdən xahiş edirəm - gecikməyin. Xahiş edirəm. Çünki bu ay siz bu iki dünyanı müqayisə etmisiniz və görürsünüz ki, kim nəyə dəyər. Və Ukrayna yaxın gələcəkdə Aİ-də olmalıdır. Ən azından bunun üçün hər şeyiniz var. Bizim isə bunun üçün şansımız var.
Litva bizi dəstəkləyir. Latviya bizi dəstəkləyir. Estoniya bizi dəstəkləyir. Polşa bizi dəstəkləyir. Fransa - Emmanuel, həqiqətən inanıram ki, siz bizim tərəfimizi tutacaqsınız. <...> İtaliya – dəstəyinizə görə təşəkkür edirik! İspaniya - dil tapacağıq. Belçika - arqumentlər tapacağıq. Avstriya – ukraynalılarla birlikdə olmaq sizin üçün fürsətdir. Mən buna əminəm. <...>
Macarıstan... Mən burada dayanıb səmimi olmaq istəyirəm. Birdəfəlik. Kim olduğunuza özünüz qərar verməlisiniz. Siz suveren dövlətsiniz. <...> Biz sizə inanırıq. Bizim dəstəyə ehtiyacımız var. Biz Macarıstan xalqına inanırıq. Biz Avropa İttifaqına inanırıq. Və inanırıq ki, həlledici anda Almaniya da bizimlə olacaq", - deyə V.Zelenski bildirib.
































