SON DƏQİQƏ

Zelenskidən müraciət- SÜBUT EDİN

Tarix:

1-03-2022, 18:13

/ 1 527 dəfə oxundu.
Zelenskidən müraciət- SÜBUT EDİN

Ukrayna sübut etdi ki, Avropanı seçib. İndi Avropa Ukraynanı seçməli, AB-yə üzvlüyünü dəstəkləməlidir.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentində çıxış edərkən deyib.

"Şadam ki, bu gün sizin hamınızı – Avropa Birliyi ölkələrini birləşdirmişik. Çox motivasiyalı xalqımız var. Biz hüquqlarımız, azadlığımız, həyat üçün mübarizə aparırdıq və indi də yaşamaq üçün mübarizə aparırıq - bu, bizim ən böyük motivasiyamızdır. Amma biz həm də Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Avropa Birliyi daha güclü olacaq. Ukrayna AB-siz tənha qalacaq. Gücümüzü sübut etdik; sübut etdik ki, ən azı sizinlə eyniyik. Bizimlə olduğunuzu sübut edin, bizi buraxmadığınızı sübut edin, həqiqətən avropalı olduğunuzu sübut edin. O zaman həyat ölümə, dünya isə qaranlığa qalib gələcək”, - Zelenski qeyd edib.

скачать dle 12.1

Şərhlər