
İrəvanın mərkəzində yerləşən Ermənistan Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yanğın ötən gün saat 18:00-da başlayıb. Ermənsitan FHN-nin təcili xilasetmə şöbəsinin 6 yanğınsöndürmə və xilasetmə qrupu hadisə yerinə gedib. Yanğın təxminən 40 dəqiqə davam edib.
N saylı hərbi hissənin ərazisinin təxminən 2,5 hektara yaxın ərazisi, 150 pəncərə və 15 lövhə yanıb.