Ermənistanda böyük fəlakət- MN anbarında yanğın baş verib

İrəvanın mərkəzində yerləşən Ermənistan Müdafiə Nazirliyinin anbarlarından birində yanğın baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, yanğın ötən gün saat 18:00-da başlayıb. Ermənsitan FHN-nin təcili xilasetmə şöbəsinin 6 yanğınsöndürmə və xilasetmə qrupu hadisə yerinə gedib. Yanğın təxminən 40 dəqiqə davam edib.
N saylı hərbi hissənin ərazisinin təxminən 2,5 hektara yaxın ərazisi, 150 pəncərə və 15 lövhə yanıb.