
Əfqanıstan ordusu yaxın günlərdə Taliban hərəkatı tərəfindən işğal edilmiş regionların geri qaytarılması istiqamətində əməliyyatlara başlayacaq.
Bunu Əfqanıstan müdafiə naziri vəzifəsini icra edən Bismillah Xan Məhəmmədi deyib.
"Biz qüvvələrimizi əks-hücumlar üçün hazırlamışıq və onlar da bəzi rayonları geri alıblar. Taliblər aktivləşib, ancaq hökumət qüvvələri qarşısında duruş gətirə bilmirlər. Yaxın vaxtlarda taliblərin ələ keçirdiyi rayonların geri alınması üçün əməliyyatlara başlanılacaq”, - Məhəmmədi bildirib.
Məhəmmədi yaxın günlərdə Talibanı ölkənin bütün rayonlarından təmizləyəcəklərinə söz verib.




























