SON DƏQİQƏ
» » İranlı generaldan ABŞ-a gözdağı: “48 saata beş min əsgər itirərdi”

İranlı generaldan ABŞ-a gözdağı: “48 saata beş min əsgər itirərdi”

Tarix:

10-01-2020, 20:08

/ 1 342 dəfə oxundu.
İranlı generaldan ABŞ-a gözdağı: “48 saata beş min əsgər itirərdi”

"Şəhid Süleymani” ABŞ-ın ən vacibbazalarından birinə qarşı keçirilən böyük əməliyyat idi və bütün regionda davam edəcək.

Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin komandiri, general Əmir Əli Hacızadə Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib.

Bu barədə "Haber Global” məlumat yayıb.

O, bu əməliyyatla heç kimi öldürmək niyyətində olmadıqlarını bildirib:

"Ancaq onlarla ölü və yaralı "C-130” təyyarəsi ilə daşındı. Əgər biz kimlərisə öldürmək niyyətində olsaydıq, əməliyyatın ilk mərhələsini 500 nəfərin öləcəyi şəkildə planlaşdırardıq. Qarşılıq verilsəydi, vəziyyət dəyişərdi və ABŞ əsgərlərinə qarşı heç bir məsuliyyətimiz olmazdı. İkinci və üçüncü mərhələdə ABŞ 48 saat içində 4-5 min əsgər itirərdi”.

O, "Fateh-313” və "Qiam” raketlərinin istifadə edildiyi əməliyyatdan sonra ABŞ helikopterlərinin yaralıları İordaniya və İraqdakı xəstəxanalara daşımaq üçünən azı doqquz uçuş həyata keçirdiyini vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ