SON DƏQİQƏ
» » General Səlami: İranın raket qabiliyyətinin genişləndirilməsi dayanmazdır

General Səlami: İranın raket qabiliyyətinin genişləndirilməsi dayanmazdır

Tarix:

4-02-2019, 10:10

/ 10 246 dəfə oxundu.
General Səlami: İranın raket qabiliyyətinin genişləndirilməsi dayanmazdır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi dünən gecə vurğulayıb ki, İran İslam Respublikası bu gün raket müdafiəsi qüdrətinin genişləndirilməsində heç bir texnoloji maneə ilə üzləşmir. O, deyib ki, İranın raket qabiliyyətinin genişləndirilməsi dayanmazdır.

GunAz.az xəbər verir ki,Briqada generalı pasdar Hoseyn Səlami İranın ikinci telekanalının “Xüsusi xəbər söhbəti” verilişində belə qeyd edib: Raket qabiliyyətinin genişləndirilməsi İran üçün bir müdafiə və önləyici mehvər qüvvədir.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi əlavə edib: Bu qüdrət yalnız böyük İran xalqının iradəsinə və İslam İnqilabının Böyük Rəhbəri tərəfindən bəyan edilən əsas siyasətlərə tabedir.

General Səlami avropalıların İranın raket müdafiə proqramı barədəki son mənfi ifadələrinə toxunub və belə vurğulayıb: İranın raket qabiliyyətləri önləyicilik doktrinasına söykənən İran İslam Respublikasının milli təhlükəsizliyinə zamin olaraq, qanuni müdafiə gücünün bir hissəsidir.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi söyləyib: Əgər avropalılar və ya başqaları bir fitnə kimi İran İslam Respublikasının raket tərkisilahını izləyəmək istəyərlərsə, İran strateji bir sıçrayışa üz tutmağa məcbur olacaqdır.

General Səlami vurğulayıb ki, İranın raket qüdrəti regionun təhlükəsizliyinin xidmətindədir. O, qərblilərə tövsiyə edibdir ki, raket mövzusunda İrandan heç nə istəməsinlər.

General Səlami bildirib ki, Avropa İranın regionda iştirak və terrorizmlə mübarizə  etməsinə görə təşəkkür etməlidir. O, qeyd edib ki, hazırda Avropada hökm sürən nisbi təhlükəsizlik təkfirçi terrorizmin və İŞİD-in İran İslam Respublikası tərəfindən məğlub edilməsinə görədir və əgər İran terrorçularla vuruşmasaydı, bu gün Avropa təhlükə və dəhşət içində yaşayardı.

скачать dle 12.1

Şərhlər