SON DƏQİQƏ
» » İran general Qasım Süleymaninin öldüyünü təsdiq edib

İran general Qasım Süleymaninin öldüyünü təsdiq edib

Tarix:

3-01-2020, 08:39

/ 3 194 dəfə oxundu.
İran general Qasım Süleymaninin öldüyünü təsdiq edib

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

“Report” xəbər verir ki,bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. 

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ