SON DƏQİQƏ
» » İran general Süleymanini terror etmək istəyən qrupun ələ keçdiyini bəyan edib

İran general Süleymanini terror etmək istəyən qrupun ələ keçdiyini bəyan edib

Tarix:

3-10-2019, 18:30

/ 1 885 dəfə oxundu.
İran general Süleymanini terror etmək istəyən qrupun ələ keçdiyini bəyan edib

 "General Qasim Süleymanini terror etmək istəyən qrup üzvləri ələ keçirilib."

GunAz.az İran mətbuatına istinadla xəbər verir ki, bunu "İslam İnqilabının Keşikçilər Ordusu"nun Kəşfiyyat Xidmətinin sədri Hüseyn Taib deyib.

Bildirilib ki, İsrail və bir neçə ərəb dövlətlərinin dəstəyi ilə Sepah-ın Qüds Korpusunun komandanı Qasim Süleymaninin terror edilməsi planının qarşısı zamanında alınıb və qrup üzvləri ələ keçib.

Məlumata görə qrup üzvləri Kerman əyalətində "Fatimiyyə" günləri zamanı keçirilən tədbirdə 350-500 kq-dan ibarət partlayıcını işə salmaq və Süleymanini terror etməyi planlaşdırıblar.

Lakin bu planın qarşısı zamanında alınıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ