SON DƏQİQƏ
» » Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar

Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar

Tarix:

9-01-2020, 18:30

/ 1 746 dəfə oxundu.
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar

Suriyada Fəratın şərqini nəzarətdə saxlayan kürd bölmələrin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” həbsdə saxladıqları İŞİD üzvlərindən 34-ü sərbəst buraxıblar.

GunAz.az xəbər verir ki, bu barədə “Suriya Demokratik Qüvvələrinin Hərbi Şurası” bəyanat verib.

Bildirilib ki, bölgədəki ərəb qəbilələri başçılarının vasitəçiliyi və zəmanəti ilə “əlləri kürdlərin qanına batmayan” 34 İŞİD üzvü sərbəst buraxılıb.

Qeyd edək ki, SDQ son ay ərzində 300-dən çox İŞİD üzvünü sərbəst buraxıb. Onların böyük əksəriyyəti suriyalılardır.

Suriyada SDQ-in həbsxanalarında 10 min civarında İŞİD üzvünün olduğu deyilir. Kürdlər Türkiyənin "Barış Pınarı" əməliyyatı zamanı İŞİD-çilərin saxlanılmasının çətinləşməsi və qaçma ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ