
İraq Ordusu Suriyadakı kürd bölmələrinin nəzarətindəki həbsxanalardan «qaçan» İŞİD üzvlərindən bir neçəsini ələ keçirib.
GunAz.az əl-Aləmə istinadla xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Nacah əş-Şümməri məlumat verib.
İraq müdafiə naziri ötən gün əl-Ənbar və əl-Cəzirə Əməliyyatları Komandanlıqlarının işinə baş çəkən zaman bildirib ki, son günlərdə Suriya ərazisindən İraqa keçmək istəyən bir neçə İŞİD üzvü ələ keçirilib.
Bildirilib ki, onlardan bəziləri Suriyada kürd həbsxanalarında qaçanlardır.
Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında əməliyyatı fonunda kürd mənbələri bildiriblər ki, onlar İŞİD həbsxanalarına nəzarət edə bilmirlər.