
Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlamasından sonra ABŞ kürd bölmələrindən təhvil aldğı 50 İŞİD üzvünü İraqa təhvil verir.
GunAz.az xəbər verir ki, bu barədə "Associated Pres" ABŞ hərbi mənbələrinə istinadla xəbər verir.
Bildirilib ki, Türkiyənin əməliyyatına görə kürd bölmələri İŞİD-in 50 təhlükəli üzvünü ABŞ-a təhvil verib.
ABŞ hərbi mənbələri İŞİD üzvlərinin bu gün İraqa təhvil veriləcəyini deyiblər.
Qeyd edək ki, kürd bölmələri Türkiyənin hücumundan sonra bölgədə nəzarətdə və həbsdə olan İŞİD üzvərinin gələcək təhlükəsi barədə xəbərdarlıq ediblər.
Eyni xəbərdarlığı bu gün Rusiya prezidenti Vladimir Putin də Türkmənistanda MDB ölkələri dövlət başçılarının toplantısında dilə gətirib.
N.SAFURA