
Suriyadan və digər bölgələrdən qaçan İŞİD terror təşkilatının militanları ABŞ-ın İraqdakı hərbi bazasında gizləniblər.
GunAz.az xəbər verir ki, bu iddia ilə İraq parlamentinin üzvü Kazım Səyyadi çıxış edib.
O, hazırda bazada 1000-dən çox İŞİD terrorçusunun saxlanıldığını bildirib.
Deputat ABŞ Prezidenti Donald Trampın İraqa sürpriz səfərini “əxlaqsızlıq” adlandırıb.
O, 30 min amerikalı hərbçisinin terrorçulara dəstək üçün İraqda gəldiyini və Trampın ziyarət etdiyi “Ayn əl-Əsəd” hərbi hava bazası barədə istintaq komissiyasının qurulmasının vacib olduğunu bildirib.
Qeyd edək ki, Amerika prezidenti sözügedən hərbi bazada keçirdiyi görüşdə İraqdakı ABŞ hərbi qüvvələrinin geri çəkilmək niyyətində olmadığını açıqlamışdı.