
İraqın əksər siyasi partiyaları o cümlədən Müqtəda Sədr və Əmmar əl-Həkimin rəhbərlik etdiyi siyasi cinahlar prezident Bərhəm Salehi istefa vermək fikrindən daşınmağa çağırıblar.
GunAz.az xəbər verir ki, İraqın əksər siyasi partiya və cinahları Bərhəm Salehin istefa vermək fikrinin əleyhinə olduğunu bildiriblər.
Xüsusilə də İraq parlamentinin “əl-Hikmə”, “Fəth” və “Sairun” siyasi cinahları prezidentin atmaq istədiyi bu möhtəməl addımın əleyhinə olduqlarını bəyan edib və ölkədə yarana biləcək siyasi boşluq barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, İraq preizidenti Bərhəm Saleh ötən gün ölkə parlamentinə məktub ünvanlayaraq istefaya hazır olduğunu bildirib. Ekspertlərin fikrinə görə prezidentin istefa açıqlaması müxtəlif siyasi tərəflərə xəbərdarlıq mesajı xarakteri daşıyır.
Bundan öncə Bərhəm Saleh İraq parlamentində olan ən böyük siyasi fraksiyadan baş nazirlik postuna namizədini irəli sürməsini tələb edib.
Qeyd edək ki, bundan öncə Bərhəm Saleh parlamentin ən böyük siyasi fraksiyası olduğu deyilən “əl-Bənna” siyasi cinahının baş nazirlik postuna təklif etdiyi namizədi də qəbul etməyib.
N.SAFURA