SON DƏQİQƏ
» » İraqda etirazçılar müxtəlif partiya ofisləri və təhlükəsizlik obyektlərini yandırıblar

İraqda etirazçılar müxtəlif partiya ofisləri və təhlükəsizlik obyektlərini yandırıblar

Tarix:

21-12-2019, 17:30

/ 1 268 dəfə oxundu.
İraqda etirazçılar müxtəlif partiya ofisləri və təhlükəsizlik obyektlərini yandırıblar

 İraqın Ziqar əyalətinin inzibati mərkəzi Nasiriyyə şəhəri ötən gecə ciddi toqquşmaların və iğtişaşların şahidi olub.

GunAz.az xəbər verir ki, ötən gecə etirazçılar və iğtişaşçılar Nasiriyyə şəhərində Bədr hərəkatının və əd-Dəvət əl-İslamiyyə partiyasının ofislərini yandırıblar.

Eyni zamanda iğtişaşçılar şəhərdə təhlükəsizlik qurumlarından birinə aid obyekti və Ziqar əyalətinin təhlükəsizlik komitəsinin sədrinin evini yandırıblar.

Polis şəhərdə komendant saatı elan edib.

Qeyd edək ki, İraq prezident administrasiyası və parlamentin müxtəlif siyasi fraksiyaları möhlətin bitməsinə baxmayaraq hələ də yeni baş naziri təyin edə bilıməyiblər. Ötən gün Nasiriyyə etirazlarında etirazçılar spiker Məhəmməd əl-Halbusinin və prezident Bərhəm Salehin də istefa verməsini istəyiblər. Bundan öncə baş nazir Adil Əbdül-Mehdi istefa verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ