SON DƏQİQƏ
» » İraqın Nasiriyyə şəhərində etirazlar və toqquşmalarda 10 nəfər həyatını itirib

İraqın Nasiriyyə şəhərində etirazlar və toqquşmalarda 10 nəfər həyatını itirib

Tarix:

28-11-2019, 18:30

/ 1 779 dəfə oxundu.
İraqın Nasiriyyə şəhərində etirazlar və toqquşmalarda 10 nəfər həyatını itirib

İraqın Ziqar əyalətinin inzibati mərkəzi Nasiriyyə şəhərində ötən gecə və bu gün sübh polislə etirazçılar və iğtişaşçılar arasında toqquşmalar zamanı azı 10 nəfər həyatını itirib.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin səhiyyə mənbələri məlumat veriblər.

İraqın səhiyyə mənbələri Nasiriyyədə azı 10 nəfərin öldüyü və 30-dan çox şəxsin yaralandığını bildiriblər.

Əyalət Qubernatorluğu şəhərdə komendant saatının tətbiq edildiyini bildirib.

Qeyd edək ki, son günlərdə etirazçılar və iğtişaşçılar Nasiriyyədə bir sıra hökumət binalarını yandırıblar.

скачать dle 12.1

Şərhlər