SON DƏQİQƏ
» » Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Tarix:

11-09-2018, 19:51

/ 10 297 dəfə oxundu.
Nanqarharda partlayış: Ölənlərin sayı 50-yə çatdı

Əfqanıstanın Nanqarhar əyalətinin Mohmand Dara rayonunda etiraz aksiyası zamanı baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub.

GunAz.az xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Onun sözlərinə görə, etirazçılar Mohmand Daranın yaxınlığında yerləşən Açin rayonunun polis qüvvələri komandirinin istefasını tələb edirdilər.

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib. Taliban hərəkatı isə partlayışla əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Nanqarhar əyalətində üç təhsil müəssisəsinin yaxınlığında partlayışlar seriyası barədə məlumat yayılıb. Əyalətin administrativ mərkəzi olan Cəlalabad şəhərində məktəb qarşısında baş verən partlayış nəticəsində bir uşaq həyatını itirib, 4 nəfər isə yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ