
Əfqanıstanın Celalabad şəhərində bazarın ərazisində partlayış baş verib.
Gunaz.az xəbər verir ki, bu barədə Nanqahar əyalətinin qubernatorunun nümayəndəsi Ataulla Xoqyani bildirib.
Məlumata əsasən, partlayış nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Hadisənin təfərrüatları açıqlanmır.
Regionda fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə cavabdehliyi öz üzərinə götürməyib.