SON DƏQİQƏ

Əfqanıstanda PARTLAYIŞ - 4 ölü, 18 yaralı

Tarix:

5-09-2018, 19:59

/ 10 227 dəfə oxundu.
Əfqanıstanda PARTLAYIŞ - 4 ölü, 18 yaralı

Əfqanıstanın Kabil şəhərində döyüş klubunda partlayış baş verib.

GunAz.az-ın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Tolo News” telekanalının xəbərinə əsasən, paytaxtın 13-cü məhəlləsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəcib Daniş bildirib ki, partladıcı qurğu terrorçu kamikadze tərəfindən işə salınıb.

Hələlik heç bir silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ