SON DƏQİQƏ
» » Etirazçılar Nəcəf, Kərbəla və Bəsrədə yolları bağlayıblar

Etirazçılar Nəcəf, Kərbəla və Bəsrədə yolları bağlayıblar

Tarix:

26-11-2019, 18:30

/ 1 271 dəfə oxundu.
Etirazçılar Nəcəf, Kərbəla və Bəsrədə yolları bağlayıblar

İraqın Nəcəf, Kərbəla, Bəsrə, Hillə, Nasiriyyə və sair şəhərlərinin bəzi küçələri etirazçılar və iğtişaşçılar tərəfindən bağlanılıb.

GunAz.az xəbər verir ki, ötən gecə və bu gün sübh etirazçılar yenidən Kərbəla, Nəcəf, Hillə, Nasiriyyə, Bəsrə və sair şəhərlərin mərkəzinə doğru gedən yolları bağlayıblar.

Ötən gün təkcə Kərbəlada baş verən toqquşmalar zamanı 9 təhlükəsizlik qüvvəsi və etirazçı yaralanıb.

Məlumata görə, Ziqar əyalətinin inzibati mərkəzi Nasiriyyədə bütün məktəblər bağlanılıb. Bu şəhərdə təkcə polis qüvvələrindən 28 nəfərin yaralandığı deyilir.

Bəsrədə isə etirazçı və iğtişaşçılar yenidən ölkənin ən böyük limanı olan Ümmul-Qəsr -in yolunu bağlayıblar.

Qeyd edək ki, ötən ayın əvvəlindən İraqda işsizlik, və iqtisadi vəziyyətlə bağlı etirazlar geniş vüsət alaraq bir çox bölgələrdə iğtişaşlara, nəqliyyat hərəkətinin iflic vəziyyətinə salınmasına gətirib çıxarıb. İraq hökumətinin müavinətlərlə bağlı yeni qərarlarına və parlamentin seçki və seçki komisarlığı haqda qanuna dəyişikliklər etməsi planına baxmayaraq, etirazlar və iğtişaşlar səngimək bilmir.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ