
İraqda təxminən 2 həftədir fasilələrlə davam edən etiraz aksiyalarında 14 nəfər ölüb.
GunAz.az xarici mediaya istinadən xəbər verir ki, aksiyalar zamanı 742 nəfər yaralanıb.
İraq parlamentinə bağlı İnsan Hüquqları Komitəsinin üzvü Fazil Qaravi bildirib ki, aksiya iştirakçıları arasında ölən və yaralananlarla bağlı məlumatlar toplanılır.
Qeyd edək ki, etirazçılar elektrik enerjisi və su təchizatında baş verən kəsilmələrə son verilməsini tələb edir. Mitinqlər Bəsrə, Musenna, Zikar, Meysan, Nəcəf və Bağdadda keçirilir.