SON DƏQİQƏ
» » Bağdadda etirazlar fonunda partlayışlar törədilib, azı 6 ölü var

Bağdadda etirazlar fonunda partlayışlar törədilib, azı 6 ölü var

Tarix:

27-11-2019, 19:10

/ 1 768 dəfə oxundu.
Bağdadda etirazlar fonunda partlayışlar törədilib, azı 6 ölü var

Ötən gecə və bu gün sübh Bağdad şəhərinin müxtəlif rayonları silsilə partlayışlara məruz qalıb. Ölənlər var.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, ötən gecə və bu gün sübh Bağdadın əş-Şəab, əl-Biya və əl-Bələdiyyat rayon və kvartalları quraşdırılmış bomba və minalanmış nəqliyyat vasitələrinin partlamasının şahidi olub.

Hərbi mənbələrin məlumatı görə bu partlayışlarda azı 6 nəfər həyatını itirib və 3 nəfər yaralanıb.

Əl-Biya kvartalındakı partlayış hüseyniyyə qarşısında törədilib.

Qeyd edək ki, ötən ayın əvvəlindən başlayan etiraz aksiyaları artıq İraqın mərkəz və cənub əyalətlərində nəqliyyatın, mühüm iqtisadi obyektlərin yollarının bağlanılmsı, hərəkətin iflic vəziyyətə düşməsi ilə nəticələnib. Ölkənin mərkəz və cənub əyalətləri etirazçılar və iğtişaşçılarla polis qüvvələrinin gündəlik toqquşmaların şahididir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ