İraqın Babil əyalətinin əl-Müseyyib qəzasında partlayış törədilib.
GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, terror aktı ötən gecə Babil əyalətinin əl-Museyyib qəzasında dini ayinlərin keçirildiyi mərasim zalının qarşısında törədilib.
Bir minalanmış motosikletin partladılması nəticəsində 39 nəfər yaralanıb.
Hədəfə alınan "Əl-Müseyyib hüseyniyyəsi"nə, eləcə də ətrafda yerləşən ticarət obyektləri və evlərə ciddi ziyanlar dəyib.
Bu hücumu İŞİD terror təşkilatı üzərinə götürüb. İŞİD sosial şəbəkələr vasitəsilə bildirib ki, şiələrin ayinini hədəfə alıb.