SON DƏQİQƏ
» » Ölkə ŞOKDA: 40 ölü, 2000 yaralı var, partiya binaları...

Ölkə ŞOKDA: 40 ölü, 2000 yaralı var, partiya binaları...

Tarix:

26-10-2019, 10:49

/ 433 dəfə oxundu.
Ölkə ŞOKDA: 40 ölü, 2000 yaralı var, partiya binaları...

İraqın paytaxtı Bağdad şəhərində və ölkənin digər əyalətlərində baş verən iğtişaşlarda ölənlərin sayı 40 nəfərə çatıb.

"RİA-Novosti" agentliyi xəbər verir ki, baş verən qarşıdurmalarda iki min nəfər yaralanıb.

***

İraqın paytaxtı Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində bu gün yenidən başlayan hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 24-ə çatıb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, ölkənin cənubunda yerləşən Nasiriye vilayətində etirazçılar şiə milis gücü "Asayib Ehlilhak Hərəkatı”nın binasına girməyə çalışarkən atəşlə qarşılanıblar.

Bundan başqa, etirazçıların "Bədr” Təşkilatı, İraq "Hizbullah” Təşkilatı və digər şiə partiyalarının binalarına girərək yanğınlar törətdyi bildirilir.

Qeyd edək ki, etirazlar yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına və hökumətdəki korrupsiyaya etiraz olaraq keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ