SON DƏQİQƏ
» » Bağdadda polis etirazçılara atəş açdı: ölənlər var

Bağdadda polis etirazçılara atəş açdı: ölənlər var

Tarix:

5-11-2019, 00:00

/ 540 dəfə oxundu.
Bağdadda polis etirazçılara atəş açdı: ölənlər var

Bu gün polis İraqın paytaxtında etiraz aksiyasının iştirakçılarını atəşə tutub.

GunAz.az xəbər verir ki, insident nəticəsində azı beş nəfər həlak olub.

Son məlumata əsasən, təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi rayonundakı Ər-Rəşid küçəsində etirazçılara qarşı odlu silahdan istifadə edib. Hazırda nümayişçilər şəhərin mərkəzində yerləşən “Təhrir” meydanına soxulmağa çalışır. Polis onların qarşısını almaq üçün dəyənəklərdən istifadə edir. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində, həmçinin onlarla insanın xəsarət aldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar Baş Nazir Adil Abdulmehdinin istefasını tələb edirlər. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

***

Qarşıdurmalar nəticəsində 150-dən çox insan yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ