SON DƏQİQƏ
» » İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

Tarix:

16-12-2019, 15:09

/ 675 dəfə oxundu.
İraqda yeni baş nazirin seçilməsi məsələsi dalana dirənib

Baş nazir Adil Əbdül-Mehdinin istefasından iki həftə keçməsinə baxmayaraq bu ölkənin aidiyyatı siyasi qurumları yeni hökumətin baş nazirini müəyyənləşdirə bilməyiblər.

GunAz.az xəbər verir ki, İraqda siyasi böhran fonunda bu ölkənin aidiyyatı siyasi qurumları yeni baş naziri təyin edə bilməyiblər.

Məlumata görə istefa vermiş baş nazirin əvəzedicisini prezident Bərhəm Saleh iki həftə ərzində təyin etməli olsa da, o, ötən gün məsələ ilə bağlı parlamentə məktub ünvanlayıb və spiker Məhəmməd əl-Halbusidən istəyib ki, yeni baş nazirin tanıtdırılmasını parlamentin ən böyük siyasi fraksiyasına tapşırsın.

Digər məlumata görə parlamentin ən böyük siyasi cihanı hesab edilən Müqtəda Sədrin başçılıq etdiyi "Sairun" fraksiyası bu işdən boyun qaçırıb.

İraq KİV-lərinin məlumatına görə indiyə qədər Məhəmməd Şəyya Sudani və Bəhrül-ülum kimi sabiq nazirlərin baş nazir postuna təyin və təklif edilməsi məsələsi ortaya çıxsa da bır çox partiyalar o cümlədən "Sairun" və "Nəsr" fraksiyaları onu qəbul etmir.

Qeyd edək ki, İraqda oktyabr ayının əvvəlindən işsizlik və korrupsiya məsələlərilə bağlı başlayan etiraz aksiyaları, az sonra iğtişaşlar və toqquşmalarla, həmçinin baş nazir Adil Əbdül-Mehdinin istefası ilə nəticələnib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər