SON DƏQİQƏ
» Kərbəlada iğtişaşçılar zəvvar çadırlarını yandırıblar, komendant saatı tətbiq edilib

Kərbəlada iğtişaşçılar zəvvar çadırlarını yandırıblar, komendant saatı tətbiq edilib

Tarix:

17-12-2019, 18:16

/ 123 dəfə oxundu.
Kərbəlada iğtişaşçılar zəvvar çadırlarını yandırıblar, komendant saatı tətbiq edilib

Naməlim şəxslər ötən gecə Kərbəla şəhərinin mərkəzi meydanlarının birinin yaxınlığında yerləşən və zəvvarların qarşılanması üçün nəzərdə tutulan çadırları yandırıblar.

GunAz.az xəbər verir ki, bu barədə Kərbəla şəhərinin Polis İdarəsi bəyanat verib.

Bildirilib ki, ötən gecə Kərbəla şəhərinin mərkəzində Zeyd meydanı yaxınlığında yerləşən və Ayətullah Məhəmməd Təqi Müdərrisinin dəftərxanası tərəfindən salınmış və təmin edilən müvəqqəti zəvvar düşərgəsi yandırılıb.

Polis bu cinayəti həyata keçirənlərin, şəhərdə ümumi əmlaka zərər vuranların, iğtişaşçı və təxribatçıların təqib və məsuliyyətə cəlb ediləcəyini bildirib.

Eyni zamanda Kərbəla şəhəri ətrafında yerləşən elktrik stansiyasının yolu da bir qrup etirazçı tərəfindən bağlanılıb.

Hadisələrin ardından polis komendant saatı tətbiq edib və şəhərdə bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyub.

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ