SON DƏQİQƏ
» » İraq hökuməti Nəcəfdə İran konsulluğunun yandırılmasına münasibət bildirib

İraq hökuməti Nəcəfdə İran konsulluğunun yandırılmasına münasibət bildirib

Tarix:

28-11-2019, 19:50

/ 1 294 dəfə oxundu.
İraq hökuməti Nəcəfdə İran konsulluğunun yandırılmasına münasibət bildirib

İraq hökuməti ötən gecə İranın Nəcəfdəki konsulluğunun iğtişaşçılar tərəfindən yandırılmasını kəskin pisləyib.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, İraq hökuməti və xalqı Nəcəf şəhərində İran konsulluğunun yandırılmasını kəskin pisləyir.

Bəyanatda əlavə edilib ki, bu addımlardan məqsəd İraqla İranın tarixi əlaqələrinə kölgə salmaqdır.

Qeyd edək ki, ötən gecə Nəcəf şəhərində etiraz aksiyaları fonunda İranın bu şəhərdəki konsulluğunun binası yandırılıb. İğtişaşçılara müqavimət göstərən polis qüvvələrindən 47-in yaralandığı deyilir.

Nəcəf şəhərində növbəti elana qədər komendant saatı tətbiq edilib.

скачать dle 12.1

Şərhlər